Elisaşvilinin bəyanatı hakim partiyadan olan deputatların hiddətinə səbəb olub və şifahi mübahisə davaya çevrilib
Gürcüstan Parlamentinin bu gün keçirilən iclası deputatlar arasında dava ilə başlayıb. AYNA gürcü mediasına istinadən xəbər verir ki, müxalif Vətəndaşlar Partiyasından olan deputat Aleko Elisaşvili bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının “Xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsi hamı üçün təhqirdir və “Rusiya qanunu”dur.
Elisaşvilinin bəyanatı hakim partiyadan olan deputatların hiddətinə səbəb olub və şifahi mübahisə davaya çevrilib.
Parlamentin sədri Şalva Papuaşvili deputatlardan “Rusiya qanunu” sözünü işlətməməyi tələb edib.
Sonra spiker Aleko Elisaşvilini iclas zalından çıxarıb.