Gürcüstan azərbaycanlı vətəndaşlarını ölkəyə buraxmır - <font color=red> FOTO</font>

Xəbərlər

22.07.2020 - 12:43

cedabet dərman SEO Xidməti

Soydaşlarımız COVID-19 testi verməyib və Vətəndə karantinə alınmağa razıdırlar

 

Gürcüstanın azərbaycanlı vətəndaşları ölkə ərazisinə daxil olmaqla bağlı çətinliklə üzləşiblər. AYNA “Report”a istinadən xəbər verir ki, 140 nəfər “Sınıq körpü” sərhəd-keçid məntəqəsinin yaxınlığında toplaşıb.

 

Onların Gürcüstana keçmələrinə hələlik icazə verilmir. Soydaşlarımız COVID-19 testi verməyib və Vətəndə karantinə alınmağa razıdırlar. Həmin şəxslər arasında ahıl, xəstə, uşaqlı qadınlar və azyaşlılar var. Gürcüstan tərəfinin sərhədi nə zaman açacağı məlum deyil.

 

Qeyd edək ki, ötən gün Gürcüstan-Azərbaycan sərhədinin birtərəfli qaydada açılacağı barədə məlumatlar yayılıb. Gürcüstan vətəndaşlarının yaxın günlərdə Azərbaycandan ölkə ərazisinə keçmələrinə icazə veriləcəyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş