Səfər “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək məqsədi daşıyır
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-də Bakı sahilinə yan alıb. Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək məqsədi daşıyır.