“Gürcü Arzusu” Mərkəzi Seçki Komissiyasına nəzarəti ələ keçirib

Dünya

26.03.2024 - 16:13

Spiker MSK-nın formalaşması ilə bağlı dəyişiklikləri imzalayıb

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) nəzarəti ələ keçirib. AYNA “Reuters”ə istinadən bildirir ki, bu, bu ilin oktyabrında Gürcüstanda seçkilərdə baş verəcək mümkün manipulyasiyalarla bağlı narahatlığı artırıb.

Bildirilib ki, Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Seçki Məcəlləsinə MSK rəhbəri vəzifəsinə namizədləri və üzvlərini seçmək hüququnun parlament rəhbərinə verilməsini nəzərdə tutan dəyişiklikləri imzalayıb. Eyni zamanda, onların təsdiqi parlament üzvləri tərəfindən sadə səsvermə yolu ilə həyata keçiriləcək. Tənqidçilər bunu seçki ərəfəsində seçki komissiyasında hakimiyyətin ələ keçirilməsi kimi qiymətləndiriblər.

Bundan əvvəl Gürcüstan Prezidenti Salome Zubarişvili düzəlişlər ölkənin Avropa kursuna uyğun olmadığı üçün onlara veto qoyub.

Müxalifətdən olan deputatları fikrincə, MSK-nın formalaşdırılması ilə bağlı yeni qaydalar bu qurumun müstəqilliyinin itirilməsinə gətirib çıxaracaq və Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını poza bilər.

Müəllif: Ayna.az