Elmin Əliyev Avropa çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
AYNA.AZ xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Tornike Mikeladze ilə qarşılaşıb və rəqibini 3:2 hesabı ilə məğlub edib. Bununla da Elmin Əliyev Avropa çempionu olub.