Çempionlar Liqasının final oyunu Portuda keçirilə bilər

İdman

12.05.2021 - 06:47

Daha əvvəl matçın Londondakı “Uembli” stadionunda baş tutacağı bildirilirdi

 

UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhəri əvəzinə Portuqaliyanın Portu şəhərində keçirilə bilər. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist yazıb. O, rəsmi qərarın yaxın 24 saat ərzində açıqlanacağını bildirib.

 

Finalda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları qarşılaşacaq. Daha əvvəl bu matçı Londondakı “Uembli” stadionu və ya Portuqaliyanın paytaxtı Lissabondakı arenalardan birinin qəbul edəcəyi iddia olunurdu.

 

Məlumat təsdiqlənsə, final qarşılaşması mayın 29-da “Draqau” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə