Arda Turan “Qalatasaray”a qayıdır

İdman

02.05.2020 - 05:25

33 yaşlı yarımmüdafiəçinin transfer hüquqları onun məxsus olduğu “Barselona” klubuna aiddir

 

Arda Turan karyerasını “Qalatasaray” klubunda davam etdirəcək.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, razılaşma yeni mövsümdən qüvvəyə minəcək.

 

33 yaşlı yarımmüdafiəçinin transfer hüquqları onun məxsus olduğu “Barselona” klubuna aiddir.

 

Arda Turanın Kataloniya klubu ilə müqaviləsi 2020-ci ilin iyun ayında bitir.

Müəllif: Ayna.az