Göldə batan gəncin meyiti tapılıb

Hadisə

07.06.2020 - 17:09

Meyir sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

 

Kürdəmirdə göldə batan gəncin meyiti tapılıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Xəbərdə qeyd olunur ki, Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.

 

B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az