Şəmkir sakini əvvəlcə öz "Hammer"ini, daha sonra özünü yandırdı

Hadisə

07.08.2019 - 01:28

Avtomobilinə həbs qoyulduğu bildirilir

 

Şəmkirdə vətəndaş əvvəlcə avtomobilini daha sonra özünü də yandıraraq intihara cəhd edib. AYNA "Report"-a istinadən xəbər verir ki, Şəmkir rayon sakini, Fuad Həsənov əvvəlcə "Hammer" markalı avtomobilini, daha sonra özünü  yandıraraq intihara cəhd edib.

 

Müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, həmin şəxsin borcu olduğuna görə, məhkəmə qərarı ilə avtomobilinə həbs qoyulduğu bildirilir.

 

Belə ki, ümumilikdə onun küllü miqdarda borcu olduğu bildirilir və məhkəmə qərarı ilə həmin "Hammer" markalı avtomobil borc qarşlığı olaraq həbsə qoyulub.

 

Onun hansı səbəbdən borclandığı barədə isə dəqiq məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə