Gəncədə ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

Xəbərlər

30.01.2026 - 16:29

İçkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən ticarət obyektlərində yoxlama keçiriblər.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, Məhsəti qəsəbəsində fiziki şəxslər - Vaqif Abbas oğlu Tağıyevə və Asif Tofik oğlu Məmmədova məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.

Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yanlış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş