Güneydəki azərbaycanlılar üçün yeni TV yayıma başlayıb

Xəbərlər

05.09.2019 - 04:26

AN.T verilişlərini “Yahsat” peykindən 11900 üfüqlükdə və www.aznews.tv saytından canlı olaraq yayımlayır

 

İsveçin Stokholm şəhərində qərargahlanan Azərbaycan News TV (AN.T) iyunun 1-dən test yayım olaraq verilişlərini Azərbaycan türkcəsində yayımlamağa başlayıb. 

 

AYNA xəbər verir ki, AN.T rəhbərliyinin verdiyi məlumata görə, yaxın zamanlarda tamaşaçılara siyasi debat tipli verilişlər də təqdim olunacaq.

 

Kanalın təsisçisi və direktoru insan haqları fəalı, hüquqşünas Saleh Kamrani Amerikanın Səsinə televiziyada yayımlanması üçün üç növ veriliş - xəbərlər, mədəniyyət və əyləncə, siyasi debat verilişlər nəzərdə tutulduğunu bildirib. 

 

AN.T Televiziyasının internet saytı Azərbaycandan türkcəsi ilə yanaşı ərəbcə, rusca, ingiliscə və farsca xəbər və material yayımlayır. Bunlara Göy qurşağı, Ritmin Rəngi, Qadın olmaq, Bitik, Altaylardan Səhəndimizə, Miras, Ədəbi incilər və Danışır Azərbaycan kimi verilişlər və rubrikalar daxildir.

 

AN.T rəhbərliyinin verdiyi məlumata görə, yaxın zamanlarda tamaşaçılara siyasi debat tipli verilişlər də təqdim olunacaq.

 

Müstəqil və xüsusi media qurumu olan AN.T-nin verilişləri “Yahsat” peykindən 11900 üfüqlükdə və www.aznews.tv saytından canlı olaraq yayımlanır. 

 

Televiziyanın verilişləri İsveçin Stokholm şəhərindən yayımlansa da, kanalın proqramlarını dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlər tərəfindən hazırlanır. Hədəf İrandakı gündəmin əsas hadisələrini işqılandırmaqdır. 

Müəllif: Ayna.az