Sürücülərin nəzərinə

Xəbərlər

03.07.2019 - 10:20

Bakının bu küçələrində işıqforlar işləmir 

 

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir.

 

Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Müəllif: Ayna.az