Gəncədə intihara cəhd: 25 yaşlı qadın dərman içib damarlarını doğradı

Hadisə

03.05.2020 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil

 

Gəncədə gənc qadın dərmandan zəhərlənib. AYNA-nın APA-a istinadən xəbərinə görə, hadisə şəhərin 1 mikrorayon yaşayış ərazisində olan mənzillərin birində qeydə alınıb.

 

1995-ci il təvəllüdlü C.R. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib.

 

Müayinə zamanı məlum olub ki, qadın intihar məqsədi ilə dərman içib və hər iki qolunda damarlarını kəsib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş