Səhiyyə Nazirliyi: Qadının boğazında boğulma izləri var

Hadisə

26.08.2019 - 14:47

Hamilə qadın hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir

 

Səhiyyə Nazirliyi (SN) Qaxın Turaclı kəndində özünə xəsarət yetirdiyi bildirilən hamilə qadınla bağlı məlumat yayıb. SN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, xəstə Mərkəzi Rayon Xəstəxanasına daxil olan zaman başının müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub.

 

Həmin vaxt qadının huşu özündə olmayıb. Müayinə zamanı onun 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

 

Xatırladaq ki, bundan öncə yayılan xəbərdə qadının özünü öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrini yaraladığı deyilirdi. İddia edilirdi ki, o, ailə daxilində yaranan münaqişə nəticəsində bu vəziyyətə düşüb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az