Ermənilər “suriyalı muzdlu” axtararkən, kürd yaraqlısını ifşa etdilər – <font color=red> VİDEO</font>

Aktual

05.11.2020 - 13:44

Hikmət Hacıyev: “Bu, Ermənistan silahlı qüvvələri arasında, Suriyadan və İraqdan gətirilmiş PKK üzvlərinin olduğunu təsdiq edən daha bir faktdır

 

Erməni təbliğatının, Qarabağda Azərbaycan Ordusunun tərəfində döyüşdüyü iddia edilən suriyalı muzdluların olması ilə bağlı fərziyyələri ifratı da keçməkdədir. Əvvəllər suriyalı muzdlularla bağlı, şübhəli mənşəli, bir çox suallar doğuran, ərəb dilində radio danışıqlar verilirdisə, indi Ermənistan tərəfi “tutulan suriyalı muzdluları” görüntülü vermək qərarına gəlib. Ancaq burada da Azərbaycan tərəfi erməni yalanını ifşa etməkdə çətinlik çəkmədi.

 

Belə ki, ötən gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev daha bir erməni saxtakarlığını ifşa etdi. Ermənistan Müdafiə Nazirliyi oktyabrın sonunda, əslən Suriyanın Xama şəhərindən olan Mihrab Məhəmməd Əl Şxair adlı bir şəxsin Qarabağda tutulduğunu açıqladı. Təqdim edilən videoda “əsir götürülmüş suriyalı muzdlu” Suriyada silahlıların “verbovka” edilmələri və bundan sonra Türkiyə ərazisindən Azərbaycana keçirilmələləri barədə danışıb.

 

Hacıyev, “əsir götürülmüş suriyalı muzdlular” kimi təqdim olunan bir dəqiqəlik videonun, əslində yapışdırılmış kadrlardan ibarət olduğunu söylədi. Dindirilən şəxsin danışığının linqvistik analizi nəticəsində videoda təmsil olunan şəxsin, ehtimal ki, Suriyadan olan bir kürd olduğu və onun ərəb dilinin spesifik bir dialektində danışdığı təsbit edildi.

 

“Videonun 47-ci saniyəsində həmin insan sakitcə kürdcə, daha sonra isə bərk səslə ərəbcə danışır”, - deyən Hacıyev, şəxsin Qarabağda ermənilər tərəfindən vuruşan terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvü ola biləcəyini söylədi.

 

“Bu, Ermənistan silahlı qüvvələri arasında, Suriyadan və İraqdan gətirilmiş PKK üzvlərinin də olduğunu təsdiq edən daha bir faktdır. Bu adam əzbərləməli olduğu və ya suflyorun köməyi ilə təqdim olunan mətni səsləndirməkdə çətinlik çəkir”, - deyə Hacıyev qeyd etdi.

 

Bir-iki gün sonra erməni tərəfi “başqa bir suriyalı muzdlu əsir götürüldüyünü” iddia etdi. Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, o, Suriyanın İdlib vilayətinin Cisr əş-Şuğur rayonunun Ziyadiya kəndinin sakini Yusuf Əl-Abeda Əl-Hacıdır.

Videoda Yusuf Əl-Abeda Əl-Hacı muzdluların seçilməsinin Bab-Səlam nəzarət-buraxılış məntəqəsi yaxınlığında, Suriya-Türkiyə sərhədində baş verdiyini qeyd edir. Onun sözlərinə görə, döyüş əməliyyatlarında iştirak etdiyi üçün bütün muzdlulara ayda iki min ABŞ dolları və hər bir erməni əsgərinin başı üçün daha 100 dollar vəd edilib.

 

Ancaq bu növbəti yalanın da ömrü uzun olmadı. Məsələn, sosial şəbəkələrdə “əsir” olan Yusuf Əl-Abeda Əl-Hacının kürd və erməni dillərində şüarlar söyləyərək, silahlı şəxslərin əhatəsində oturduğunu əks etdirən videogörüntülər ortaya çıxdı. Eyni zamanda, Yusuf Əl-Abeda Əl-Hacı qondarma “Kürdüstan” bayrağını əlində tutur.

 

Buna baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyi “Suriyadakı muzdluların Qarabağda olması faktının” yalnız ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xüsusi xidmətləri, çoxsaylı tərəfdaşları və beynəlxalq ictimaiyyət tərəfindən deyil, eyni zamanda muzdluların özlərinin birbaşa sübutları ilə də təsdiqləndiyini bildirən açıqlamalar verir. Bu bəyanatla, ümumiyyətlə, Ermənistan Xarici İşlər Nazirliyi özünü ifşa edir. Kürd yaraqlılarının suriyalı muzdlu kimi təqdim edildiyi videogörüntülər - PKK üzvlərinin Qarabağda Ermənistan tərəfində döyüşdüyünə dair təkzibolunmaz dəlillərdir.

Müəllif: Asif Aydınlı

Ramanada faciə

Dünən, 17:26 Hadisə