Ermənistan yalan və cəfəng xəbərləri yaymaqda davam edir

Aktual

03.11.2020 - 12:35

MN: “Cənub istiqamətində bölmələrimizin minaatan taqımının məhv edilməsi xəbəri cəfəngiyyatdır”

 

“Düşmənin guya cənub istiqamətində bölmələrimizin minaatan taqımını məhv edərək, vacib sənədləri əldə etməsi barədə Ermənistan mətbuatının yaydığı xəbər cəfəngiyyatdan başqa bir şey deyil”. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

 

Bununla yanaşı, nazirlik qeyd edib ki, bu gün Ermənistan mətbuatında guya Şuşa şəhərinə qadağan olunmuş döyüş sursatının atılması barədə yayılan xəbər də dezinformasiyadır.

Müəllif: Ayna.az