Rusiyadan Xankəndinə hərbi həkimlər gətirilib

Aktual

29.11.2020 - 12:15

Həkim heyətinə cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir

 

Rusiya Xankəndinə 60-dan çox hərbi həkim göndərib. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, həkim heyətinə cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

 

Bununla yanaşı, Rusiya hərbçilərinin Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək etdiyi qeyd olunub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə