Fransada nümayişlər səngimir - <font color=red> FOTO, VİDEO</font>

Dünya

07.02.2020 - 04:10

Həkimlər Klinikalar SEO Xidməti

Növbəti aksiya günü gələn həftənin bazar ertəsinə təyin olunub

 

Bu gün Fransada 121 min nəfər təqaüd sistemində islahatlara qarşı keçirilən etiraz aksiyalarında iştirak edib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə küçələrə çıxan etirazçıların sayı 15 min nəfər olub.

 

Aksiya iştirakçıları paytaxtın Respublika meydanından Millət meydanına doğru yürüş ediblər. İctimai asayişi pozmağa cəhd edən iki nəfər saxlanılıb.

 

Xatırladaq ki, keçən ilin 5 dekabrından başlayan pensiya islahatlarına qarşı olan ümummilli tətillər nəticəsində iqtisadiyyatın bir çox sektorlarında və administrasiyanın müxtəlif səviyyələrində güclü “dayanmalar”, nəqliyyatın hərəkətlərində ciddi pozuntular baş verir.

 

Növbəti aksiya günü gələn həftənin bazar ertəsinə təyin olunub.

 

Xatırladaq ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq və ya artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün xüsusi kateqoriyaların aradan qaldırılması üçün hazırlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş