Fransada komendant saatı tətbiq ediləcək

Dünya

11.12.2020 - 09:40

Jan Kasteks: "Biz komendant saatının daha ciddi rejimini tətbiq etməyi zəruri hesab edirik"

 

Fransa hökuməti epidemiya vəziyyəti ilə əlaqədar dekabrın 15-dən komendant saatı tətbiq edir. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks televiziyada xalqa müraciətində bildirib. 

 

Onun sözlərinə görə, məhdudiyyət rejimi planlaşdırıldığı kimi 21:00-dan deyil, 20:00-dan tətbiq ediləcək. 

 

"Biz komendant saatının daha ciddi rejimini tətbiq etməyi zəruri hesab edirik, saat 20:00-dan", - deyə Kasteks bildirib.

 

Çıxış edən DİN rəhbəri Jerald Darmanenin sözlərinə görə, komendant saatı saat 06:00-dək olacaq. Bununla yanaşı, ölkə üzrə gediş-gəlişə qoyulan məhdudiyyət dekabrın 15-dən aradan götürülür. 

 

Yeni il gecəsi ölkədə komendant saatı ləğv olunmayacaq. Lakin o, dekabrın 24-ü axşamdan - Milad gecəsində tətbiq edilməyəcək.

Müəllif: Ayna.az