Hüquq-mühafizə orqanlarının əməkdaşları 210-u Parisdə olmaqla 540 nəfəri həbs edib
Fransanın xarici işlər naziri vəzifəsini icra edən Bruno Retaillo bildirib ki, etirazları yatırmaq və əsas infrastruktur obyektlərinin işini bərpa etmək üçün hüquq-mühafizə orqanları ölkə boyu 50-yə yaxın əməliyyat keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə “BMFTV” kanalı məlumat yayıb.
Retaillo əməliyyatların əsasən magistral yollarda və anbarlarda aparıldığını bildirib. Onun sözlərinə görə, etirazçıların blokadaları Fransa vətəndaşlarına mane olur.
Bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyi etirazlarda 200 minə yaxın insanın iştirak etdiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 210-u Parisdə olmaqla 540 nəfəri həbs edib. Telekanalın məlumatına görə, etirazlar nəticəsində 23 polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, Fransada hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. "Hər şeyi bloklayın!" şüarı ilə keçirilən aksiyalar paytaxt Parislə bərabər, Marsel, Tuluza və digər şəhərlərdə də keçirilir.