Fransada etiraz aksiyalarında milyondan çox insan iştirak edib

Dünya

29.03.2023 - 00:37

Həkimlər Klinikalar SEO Xidməti

Güc strukturları ilə gənclər arasında qarşıdurma baş verib

Fransada bu gün davam edən etiraz aksiyalarında aktivlik kifayət qədər yüksək olub.

AYNA-nın “Figaro”ya istinadla xəbərinə görə, ən böyük izdiham paytaxt Parisdə qeydə alınıb. Burada aksiyaçıların sayı 94 000 nəfərə çatıb.

Fransa DİN ölkə üzrə aksiyalarda 740 000 nəfərin iştirak etdiyi barədə məlumat versə də, həmkarlar təşkilatları küçəyə 1 milyondan çox insanın çıxdığını bildirir.

Parisdə güc strukturları ilə gənclər arasında qarşıdurma baş verib. Polis etirazçılara dəyənək və gözyaşardıcı qazla müdaxilə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş