Fransa polisi “sarı jiletlilər”in aksiyasını dağıdıb

Dünya

09.02.2020 - 08:41

Həkimlər Klinikalar SEO Xidməti

Fransada 140 aksiya iştirakçısı cərimə olunub

 

Fransanın paytaxtı Parisdə toplaşan etirazçılar polislər tərəfindən cərimələnib və aksiya dağıdılıb.

 

AYNA “Report”a xəbər verir ki, Parisin qadağan olan küçələrində aksiya keçirməyə cəhd edən, özünü “sarı jiletli” adlandıran 140 aksiya iştirakçısı cərimə, 32 nəfəri sorğu-sual olunub.

 

Onların arasında “sarı jiletlilər”in rəhbəri Erik Drue də olub. Paytaxtın xüsusilə Yelisey küçəsi, San-Lazar vağzalı və böyük mağazaların ətrafında toplaşmaq Paris Baş Polis İdarəsinin dünən verdiyi rəsmi qərarı əsasında qadağan edilib. Nümayiş iştirakçıları isə qadağaya məhəl qoymayaraq aksiya keçirməyə cəhd göstəriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş