Ketrin Kolonna: “Ermənistanın nəyə ehtiyacı olduğunu anlamaq üçün onunla dialoqa başlanılacaq”
Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana hərbi texnikanın tədarükü məsələsindən danışıb. AYNA “France 2” telekanalına istinadən bildirir ki, XİN başçısı məsələ ilə bağlı Ermənistanla dialoqa başlanılacağını deyib.
“Ermənistanın nəyə ehtiyacı olduğunu anlamaq üçün onunla dialoqa başlanılacaq”, - deyə Kolonna bildirib.
Qeyd edək ki, Kolonna oktyabrın 3-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib ki, Fransa Ermənistanın müdafiəsini təmin etmək üçün Ermənistana hərbi texnikanın verilməsinə icazə verən saziş imzalamağa hazırdır.