Floydun qətli səbəbindən Polis Departamenti bağlanır

Dünya

08.06.2020 - 12:01

Həkimlər Klinikalar SEO Xidməti

Departamentin yerində təhlükəsizliyi təmin edəcək yeni sistem formalaşdırılacaq

 

ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı ilə öldürüldüyü Minneapolis şəhərindəki Polis Departamenti bağlanacaq. Bu barədə AYNA xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Minneapolis Şəhər İdarəsi polis zorakılığına qarşı etirazlar və davam edən aksiyalardan sonra Polis Departamentinin ləğv ediləcəyini açıqlayıb.

 

Minneapolis Şəhər İdarəsinin rəhbəri Lisa Bender isə deyib ki, İdarə Polis Departamenti ilə olan əlaqələrinə son verməyi düşünür. Onun sözlərinə görə, Polis Departamenti bağlanaraq, yerində təhlükəsizliyi təmin edəcək yeni sistem formalaşdırılacaq.

 

Minneapolis Bələdiyyəsinin sədri Jakob Frey isə Departamentin bağlanmasına razı deyil. O, hesab edir ki, Departamenti bağlamaq yox, reformlar keçirmək lazımdır.

 

Ülke genelinde yaklaşık iki haftadır süren protestolarda göstericiler, polis şiddetine karşı polis teşkilatının finansal kaynaklarının kesilmesi, küçültülmesi ve hatta tasfiye edilmesini talep ediyor.

 

Qeyd edək ki, mayın 25-də Minneapolisdə 46 yaşlı Corc Floyd polis tərəfindən qətlə yetirilib. O əvvəlcə, saxta pulla siqaret alışını araşdıran polis tərəfindən saxlanılıb. Video görüntülərdə Floyd-un həbs olunduğu və nəfəs ala bilmədiyini dedikdən sonra ağdərili polisin dizi ilə hələ bir neçə dəqiqə də onun boynunu sıxdığı, öldürdüyü görürünür. Bundan sonra, qaradərili Floydun qətlinə etiraz olaraq ABŞ-ın bir çox şəhərində və beynəlxalq miqyasda nümayişlər başlayıb. ABŞ-la yanaşı Avstraliya, Fransa, Hollandiya və İngiltərədə minlərlə adamın toplaşdığı mitinqlər hələ də davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş