Floridada hərbi bazada atışma: <font color=red> ölənlər və yaralananlar var</font>

Dünya

06.12.2019 - 20:45

Həkimlər Klinikalar SEO Xidməti

Hadisəni törədən şəxs məhv edilib

 

ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Floridanın Eskambia dairəsində yerləşən Pensakola dəniz hava hərbi bazasında qeydə alınıb. 

 

Bildirilib ki, hadisəni törədən şəxs məhv edilib, yaralananlar xəstəxanaya yerləşdirilib.

 

Hazırda əraziyə Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları cəlb edilib, araşdırma aparılır. ABŞ prezidenti Donald Tramp baş verənlərlə bağlı məlumatlandırılıb, Ağ Ev məsələni izləyir.

 

Qeyd edilib ki, iki gün əvvəl Havaydakı Pörl Harbor hərbi dəniz tərsanəsində hərbi dənizçi Qabriel Romero atəş açaraq iki mülki əməkdaşı öldürmüş və daha birini yaralamış, sonra isə intihar etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş