Görüşdə Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstan iştirak edəcək
Finlandiya müdafiə əməkdaşlığını müzakirə etmək üçün 16 dekabrda Şərqi Avropa ölkələrinin sammitinə ev sahibliyi edəcək. AYNA.AZ "Yle"yə istinadən bildirir ki, Finlandiyanın Baş naziri Petteri Orponun Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitindən sonra verdiyi açıqlamada deyib ki, görüşdə Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstan iştirak edəcək.
Bəyanatda deyilir: "Məqsəd şərq sərhəd ölkələrinin müdafiəsini gücləndirmək üçün konkret əməkdaşlığa başlamaq və növbəti Avropa Çoxillik Maliyyə Çərçivəsində şərq sərhəd ölkələri üçün maliyyələşdirmənin necə təmin ediləcəyini müzakirə etməkdir".
Zirvə görüşünün Helsinkidə keçirilməsi gözlənilir.