Finlandiya turist vergisi tətbiq etməyi planlaşdırır

Dünya

24.06.2026 - 11:21

“Bu, məşhur turizm məkanı olan bələdiyyələrə turizmdən daha çox gəlir əldə etmək imkanı verəcək"

Finlandiya hökuməti oxşar rüsumlara malik olan Barselona və Venesiya kimi məşhur turizm yerlərinin nümunəsini izləyərək, turist vergisi tətbiq etməyi düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə "Yle" qəzeti məlumat yayıb.

Bu təklif əvvəllər maliyyə naziri Riikka Purra tərəfindən bəyan edilib. Onun sözlərinə görə, bu yenilik "məşhur turizm məkanı olan bələdiyyələrə turizmdən daha çox gəlir əldə etmək imkanı verəcək".

Bu vergi bələdiyyələr üçün könüllü olacaq və gəlir onların olacaq.

“Bu, həm yerli, həm də beynəlxalq turistlərə müvəqqəti ödənişli yaşayış yerlərində qalmağa şamil ediləcək”, - deyə nazir qeyd edib.

Regional hakimiyyət orqanları vergi dərəcəsini 2 ilə 5 faiz arasında müəyyən edə bilər.

Maliyyə Nazirliyinin hesablamalarına görə, vergi potensial olaraq "milyonlarla avro vergi gəliri" yarada bilər.

Yeni qayda 2027-ci ildə qüvvəyə minə bilər. Yəni bələdiyyələr vergini 2028-ci ildə tətbiq edə bilərlər.

Finlandiya son illərdə turizmdə sabit artım müşahidə edir: keçən il otellərdə gecələmə sayı rekord həddə - 7,2 milyona çatıb. Bu artım qismən İsveç, Almaniya və ABŞ-dan gələn ziyarətçilərin sayının artması ilə əlaqədardır.

Helsinki və Finlandiya Laplandiyasını əhatə edən Uusimaa bölgəsi adətən beynəlxalq turistlər üçün ən populyar yerlərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş