Sverdlovskda qasırğada 16 nəfər xəsarət alıb

Dünya

23.06.2026 - 13:42

32 fərdi ev tamamilə dağılıb, 99-u isə zədələnib

Rusiyanın Sverdlovsk vilayətində qasırğa olub. Təbii fəlakət nəticəsində 16 nəfər xəsarət alıb.

AYNA.AZ rus mediasına istinadən bildirir ki, ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, qasırğa 22 iyun axşamı Kuşva şəhərini və Barançinski kəndini vurub.

FHN-in məlumatına görə, 32 fərdi ev tamamilə dağılıb, 99-u isə zədələnib. Bundan əlavə, 25 avtomobil və 15 elektrik xətti də zərərə görüb.

Qasırğadan sonra on altı nəfər tibbi yardım üçün müraciət edib. Təcili yardım və xilasetmə xidmətləri işlərini davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş