Türkiyə Prezidenti İran Prezidenti ilə telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. AYNA.AZ-ın məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media səhifəsində dərc olunan açıqlamada qeyd edilib ki, liderlər Türkiyə ilə İran arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal hadisələri müzakirə ediblər.
Söhbət zamanı Prezident Ərdoğan İranla ABŞ arasında əldə edilən razılaşmanın məmnunedici olduğunu qeyd edib və Türkiyənin bu prosesin sülh yolu ilə başa çatmasını təmin etmək üçün bütün mümkün dəstəyi verəcəyini bildirib.
O həmçinin danışıqları pozmağa çalışanlara qarşı ehtiyatlı olmağın vacibliyini vurğulayıb.
Ərdoğan yeni dövrdə regional sülhün möhkəmləndirilməsi üçün addımlar atmağın vacibliyini və zəruriliyini bildirib və Türkiyənin buna doğru çalışacağını söyləyib.
Dövlət başçısı həmçinin Türkiyənin İranla ticarət, maliyyə və enerji əməkdaşlığını inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini detib.