“Orta hesabla texnika və əsgərlərin 80 faizi Ukraynaya qarşı müharibəyə göndərilib”
Rusiya Ukraynadakı müharibəyə canlı qüvvə və texnika köçürdüyü üçün Finlandiya ilə sərhəd yaxınlığındakı Rusiya bazaları demək olar ki, boşdur. AYNA xəbər verir ki, bu barədə Finlandiyanın Yle dövlət televiziyası kəşfiyyat mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Finlandiya NATO-ya qoşulduqdan sonra Moskva onu nəticələrlə hədələdi və sərhəd yaxınlığında hərbi mövcudluğunu artıracağını vəd etdi. Lakin Yle iddia edir ki, indi oradakı hərbi bazalar bir il əvvələ nisbətən daha az heyətə malikdir.
Kəşfiyyat mənbəsi Yle-yə deyib: “Orta hesabla texnika və əsgərlərin 80 faizi Ukraynaya qarşı müharibəyə göndərilib”.
Televiziya bu iddiaları dəstəklədiyinə inandığı Rusiya bazalarının peyk görüntülərini əldə edib.