Polşanın Baş naziri: “Bu gündən Alyans 31 ölkədən ibarətdir”
Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. AYNA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski özünün “Twitter” hesabında yazıb.
“Finlandiya hazırda NATO-dadır. Təbrik edirik! Bu gündən Alyans 31 ölkədən ibarətdir”.
Moravetski əlavə edib ki, güclü tərəfdaşlar Polşanın və bütün dünyanın təhlükəsizliyini təmin edir.
Aprelin 3-də NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-də Alyansın üzvü olacağını təsdiqləyib.
Qeyd edək ki, Finlandiya 2022-ci ilin mayında İsveçlə birlikdə NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə onların Alyansa qoşulmasına qarşı çıxıb. Lakin aprelin 1-də türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın ərizəsinin ratifikasiyasını təsdiqləyib. Stokholmda keçirilən Quran nüsxəsinin yandırılması kampaniyasından sonra İsveçin NATO-ya qəbulu çətinləşib.