FHN qüvvələrindən ibarət dördüncü qrup Türkiyəyə yola düşəcək

Xəbərlər

06.08.2021 - 18:16

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

 

Bu barədə AYNA-ya FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş