Sərnişin qatarda dünyasını dəyişib

Hadisə

09.08.2019 - 11:47

Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş

 

Bu gün saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib. 

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ləngiməyə səbəb vaqondakı sərnişinlərdən birinin - 1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyətinin pisləşməsi olub.

 

Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Buna baxmayaraq Elşən Hüseynov dünyasını dəyişib.

 

Yaxınlarının bildirdiyinə görə, mərhum uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. 

 

Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb. Onu da bildirək ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.

Müəllif: Ayna.az