Yenə yanğın xəbər gəldi, həm də şəhərin eyni ərazisindən

Hadisə

24.06.2019 - 13:24

Ümumi sahəsi 180 m² olan tikilinin yanar konstruksiyaları və içərisinə yığılan tikinti materialları yanıb

 

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Ümumi sahəsi 180 m² olan tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan tikinti materialları, yaxınlıqdakı birmərtəbəli evin xarici divarına quraşdırılan kondisionerin mühərriki yanıb, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

 

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xatırladaq ki, dünən də paytaxt ərazisində iki güclü yanğın olub. Yanğınlardan biri Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" mağazasında baş verib. Bir müddət sonra FHN əməkdaşları tərəfindən söndürülüb.

 

Digər yanğın yenə Bakının Nizami rayonunda Oktay Vəliyev 70 ünvanında Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı yanğından mühafizə hissəsinin yataqxanasında qeydə alınıb. O yanğın da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ayna.az