FHN ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə

31.08.2021 - 01:38

Hacıqabulda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda “Mercedes” markalı iki minik avtomobili toqquşub.

 

FHN-dən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az