Bakıda erməni mahnısının sədaları altında “at oynadan” şəxs saxlanılıb - <font color=red> VİDEO</font>

Hadisə

06.11.2019 - 12:11

Bakı polisi: Faktla bağlı müvafiq araşdırmalar aparılır, təfərrüat öyrənilir

 

Bakıda avtomobilində erməni dilində mahnı səsləndirən və bu prosesin videosu paylaşan şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

 

“Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb. Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatı öyrənilir”, - deyə o bildirib.

 

Qeyd edək ki, hadisə ilə bağlı ilk olaraq AYNA məlumat yaymışdı. Bildirmişdik ki, axşam saatlarında paytaxt küçələrində rahatca gəzən və erməni dilində musiqi sədaları altında tur edən şəxslər, üstəlik azərbaycanlıları təhqir edirlər.

 

Videonu hiddətlə izləyənlər isə aidiyyəti qurumlardan ermənilərin ölkəyə girişi və həyasızlığı ilə bağlı cavab gözləyirlər. Axı həmin ermənilər Bakıya necə gəlib? Dolaşdıqları maşın kimə məxsusdur? Bu rahatlıqları ilə kimə güvənirlər?

 

Məlum video ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirovla əlaqə saxlamışdıq. DSX rəsmisi məlum videodan xəbərsiz olduğunu, yalnız videonu izlədikdən sonra şərh verəcəyini bildirmişdi.

 

Videonu izlədikdən sonra isə R.Cahangirov sualımıza gülüşlə cavab vermişdi: “Hanı burda erməni?”.

 

“Erməni deyillərsə, bəs kimdirlər, aydınlıq gətirin məlum videoya”, - sualımıza isə ümumiyyətlə cavab verilməmişdi.

Müəllif: Ayna.az