Fərid Qayıbov Avropa Gimnastikasının prezidenti seçilib

İdman

29.11.2025 - 17:22

Nazir Çexiyanın paytaxtı Praqada keçirilən 31-ci konqresdə səs çoxluğu ilə üçüncü dəfə prezident seçilib

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti postunda qalıb.

AYNA.AZ xəbər verir ki, o Çexiyanın paytaxtı Praqada keçirilən 31-ci konqresdə səs çoxluğu ilə üçüncü dəfə prezident seçilib.

Qeyd edək ki, Fərid Qayıbov Avropa Gimnastikasına 2017-ci ildən rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş