“Cim-bom” “Qara qartal”ın meydanından məğlub ayrılıb
Türkiyə Super Liqasında 19-cu turunda ən çox maraqla gözlənilən qarşılaşma, İstanbul derbisi baş tutub.
AYNA xəbər verir ki, çempionatda keçirdiyi son altı oyunda uduzmayan, cəmi bir dəfə bərabərliyə razılaşan və bununla liderliyə yüksələn “Beşiktaş” əzəli rəqibi “Qalatasaray”ı qəbul edib.
Mbaye Diaqnenin 58-ci dəqiqədə birbaşa qırmızı vərəqə alması ilə meydanda azlıqda qalan “Cim-bom” “Qara qartal”ın meydanından məğlub ayrılıb – 0:2.