Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyib

İdman

01.06.2021 - 05:15

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir

 

“Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin qalibi müəyyənləşib.

 

AYNA xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen finalda ABŞ şahmatçısı Uesli So üzərində qələbə qazanaraq turnirin qalibi olub.

 

Qeyd edək ki, 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan şahmatçısı Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşmada məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

 

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “Bitcoin” təşkil edir.

 

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə