“Lester” tarixində ilk dəfə İngiltərə kubokunu qazanıb

İdman

15.05.2021 - 23:22

Yuri Tilemansın 63-cü dəqiqədə vurduğu yeganə top Brendan Rojersin yetirmələrinə zəfər qazandırıb

 

İngiltərə kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub. AYNA-nın məlumatına görə, final matçında “Çelsi” ilə “Lester” üz-üzə gəlib.

 

Londondakı “Uembli” stadionunda baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib. Çempionlar Liqasının finalına vəsiqə qazanan “Çelsi” ölkə kubokunun final görüşündə meydanı məğlub tərk edib. Yuri Tilemansın 63-cü dəqiqədə vurduğu yeganə top Brendan Rojersin yetirmələrinə zəfər qazandırıb – 1:0.

 

Bununla 4-cü dəfə turnirin finalında oynayan “Lester” tarixində ilk dəfə kuboku muzeyinə aparıb.

Müəllif: Ayna.az