Fələstin lideri İsrail və ABŞ-a səsləndi

Dünya

20.05.2020 - 16:57

cedabet Klinikalar SEO Xidməti

Prezident bütün razılaşmalara son verdiyini bəyan edib

 

Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas İsrailin işğal etdiyi Qərb sahilinin hissələrini mənimsəmək planlarına cavab olaraq, İsrail və ABŞ ilə bütün razılaşmalara son verdiyini bəyan edib. AYNA xarici mediaya əsasən xəbər verir ki, Prezident İsraili işğalçı adlandıraraq, bütün məsuliyyətləri daşımalı olacağını deyib.

 

Fələstin liderinin sözlərinə görə, keçmişdə bənzər xəbərdarlıqlar heç bir nəticəsini verməyib, tələb olunan şərtlər tətbiq olunmayıb. “Baş nazir Benyamin Netanyahu İsrailin suverenliyini Fələstindəki yəhudi yaşayış məntəqələrinə və İordan vadisinə tətbiq etmək istəyir”, Mahmud Abbas deyib.

 

Bir tərəfdən də ABŞ Prezidenti Donald Trampın yanvar ayında açıqladığı İsrail və Fələstin arasındakı “barış planı” baş tuta bilərdi. Tramp Qərb bölgəsinin təxminən 70 faizini, paytaxtı Şərqi Qüdsün kənarında olan Fələstin dövlətini də nəzərdə tuturdu. Amma bütün Qərb bölgəsi, Qəzza və Şərqi Qüdsdəki fələstinlilər bu planı onlara qarşı qərəzli və hüquqlarının rədd edilməsi kimi qiymətləndirirlər.

 

Qeyd edək ki, İsrail 1967-ci ildə Yaxın Şərq müharibəsindən bəri Fələsindəki əraziləri işğal edib. Qərb sahili və Şərqi Qüdsdəki təxminən 140 yaşayış məntəqəsində 600 mindən çox yəhudi yaşayır. Beynəlxalq ictimaiyyət İsrailin israrına baxmayaraq, bu yaşayış məntəqələrini qanunsuz hesab edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş