“Facebook” öz əməliyyat sistemini yaradır

Dünya

21.12.2019 - 08:13

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat sisteminin hazırlanması ilə  Mark Lukovski məşğul olur

 

“Facebook” öz əməliyyat sistemini yaradır.

 

AYNA-nın məlumatına görə, bu barədə “Engadget” yazıb.

 

Ekspertlər hesab edir ki, kompaniya “Google” kimi texnoloji nəhənglərin asılılığından çıxmaq niyyətindədir. Gözlənilir ki, gələcəkdə “Facebook”un “Oculus” və “Portal” kimi məhsulları öz əməliyyat sistemlərində çalışacaq.

 

Əməliyyat sisteminin hazırlanması ilə “Windows NT”nin yaradıcısı Mark Lukovski məşğul olur.

 

Bundan başqa, kompaniya “Siri” və “Alexa” kimi səsli köməkçi də hazırlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş