İlk qırıcılar iyun və ya iyul aylarına qədər Ukraynaya çatdırılmalıdır
F-16 qırıcıları bir neçə həftə ərzində Ukraynaya təhvil verilə bilər. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “The Standard” qəzeti yüksək rütbəli hərbi mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ilk qırıcılar iyun və ya iyul aylarına qədər Ukraynaya çatdırılmalıdır.
Qəzetin mənbəsi Kiyevə təyyarələrin hansı ölkələrin veriləcəyini açıqlamayıb.
Nəşr xatırladıb ki, aprel ayında Hollandiya daha üç F-16 qırıcısını Rumıniyadakı təlim bazasına köçürüb, burada ukraynalı pilotlar və quru personalı idarəetmə və texniki xidmət üzrə təlim keçib.
Qəzet qeyd edir ki, Hollandiya Kiyevə F-16-lar verməyə hazır olduğunu elan edən beynəlxalq koalisiyanın hərəkətverici qüvvələrindən biri olub. Hollandiya, Danimarka, Norveç və Belçikanın da təşəbbüsdə iştirak etdiyi ümumilikdə 24 qırıcı tədarük edəcəyinə söz verib.