Ermənistanda mülki itaətsizlik aksiyaları davam edir
Ermənistanda mülki itaətsizlik aksiyasının iştirakçıları İrəvan metrosunun işini təxminən bir saat iflic ediblər. AYNA erməni mediasına idtinadən bildirir ki, bu barədə İrəvan Metropoliteninin mətbuat katibi Tatev Xaçatryan məlumat verib.
“Saat 09: 08-də “Qorçaranayn” stansiyasında aksiyaçılar metronun işini iflic etdi, vətəndaş itaətsizliyi göstərdilər. Saat 09: 45-də yeraltı nəqliyyatın işi bərpa edildi”, - Xaçatryan bildirib.
Xatırladaq ki, noyabrın 10-dan etibarən Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda və digər şəhərlərdə etiraz aksiyaları keçirilir. Aksiyaların əsas təşkilatçıları Daşnaksütyun Partiyası, Vətən Partiyası və Çiçəklənən Ermənistan Partiyasıdır. Təşkilatların fəalları hər gün fərqli küçələri bağlayır, yürüşlər keçirirlər. Etiraz aksiyaları Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatdan sonra başlayıb. Dekabrın 8-dən etibarən fəallar mülki itaətsizliyə start verdiklərini bildiriblər.