Koronavirus sürətlə yayılmaqda davam edir
Estoniyada son sutkada daha 46 nəfər koronavirusa yoluxub.
AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Estoniyanın Səhiyyə Departamenti yayıb.
Bildirilib ki, COVID-19-a yoluxanların sayı 1 304-ə çatıb. İndiyədək 24 nəfər virusun qurbanı olub.
Qeyd edək ki, Estoniyada mayın 1-dək fövqəladə vəziyyət rejimi qüvvədə olacaq.