Ukrayna tərəfinin də 80-ə yaxın rus məhkumu azad edəcəyi iddia olunub
Rusiya ilə Kiyev adminstrasiyası arasında əsir mübadiləsi prosesinə başlanılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə arasında baş tutan danışıqlara əsasən, 80 nəfər ukraynalı məhbusun sərbəst buraxılacağı bildirilib.
Ukrayna ombudsman aparatanın rəhbəri Ludmila Denisovanın verdiyi açıqlmada, gün ərzində 80 ukraynalı məhbusun qarşı tərəfdən alınacağı və bu sayın dəyişə bilcəyi vurğulanıb.
Yerli mənbələrdən verilən məlumatda isə Ukrayna tərəfinin də 80-ə yaxın rus məhkumu azad edəcəyi iddia olunub.
Qeyd edək ki, 2014-cü ildə Ukraynan paytaxtı Kiyevdə baş verən hadisələrdən sonra iki ölkə arasındakı münasibətlər son həddə çatmışdı.