Ermənistanda əvvəlcə "telefon danışıqlarına nəzarəti" yalnız Milli Təhlükəsizlik Xidmətinin Texniki Operativ İdarəsi həyata keçirirdi
Ermənistan prezidenti Armen Sarkisyan "Operativ-axtarış fəaliyyəti haqqında" Qanuna düzəlişi təsdiq edib.
AYNA “Report"a istinadən xəbər verir ki, qanuna edilən düzəlişlə ölkənin Milli Təhlükəsizlik Xidməti ilə yanaşı, ölkə polisi də telefon danışıqlarını dinləyəcək.
"Sarkisyan fevralın 4-də "Operativ-axtarış fəaliyyəti haqqında" Ermənistan Respublikasının Qanununa dəyişikliklərin olunmasını təsdiqləyib”, - deyə prezidentin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.
Ölkə parlamenti yanvarın 21-də sonuncu oxunuşda qanuna düzəlişləri qəbul edib. Qanun layihəsinin müəlliflərindən biri, deputat Armen Xaçatryan bildirib ki, Ermənistanda əvvəlcə "telefon danışıqlarına nəzarəti" yalnız Milli Təhlükəsizlik Xidmətinin Texniki Operativ İdarəsi həyata keçirirdi.
Onun sözlərinə görə, düzəlişlər polisə şəxsi texniki imkanlarından istifadə ilə dinləmələri sərbəst həyata keçirməyə və Milli Təhlükəsizlik Xidmətinə müraciət üçün lazım olan vaxta qənaət olunmasına icazə verəcək.