Ümumilikdə, ölkədə 2 min 782 koronavirusa yoluxmuş şəxs qeydə alınıb
Ermənistanda 163 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb. AYNA erməni mətbuatına istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən məlumat verilib.
Ümumilikdə, ölkədə 2 min 782 koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Ölənlərin sayı isə 40-a yüksəlib.
Mərkəz qeyd edib ki, koronavirus diaqnozu qoyulan, amma başqa xəstəlik səbəbindən ölənlərin ümumi sayı isə 7-dir.