Ermənistanda keşiş həbs edilib

Dünya

15.10.2025 - 11:37

II Qareginin qardaşı oğlunun evində axtarış aparılıb

Ermənistanda Saqmosavank monastırının ruhani rəhbəri, keşiş Paren Arakelyan saxlanılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, keşiş Xüsusi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarış aparıldığı da bildirilib.

Qeyd edək ki, yepiskop Mkrtiç Proşyan katolikos II Karekinin qardaşı oğludur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş