Ermənistanda hərbçinin meyiti tapılıb

Dünya

14.06.2024 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır

İyunun 14-də saat 08:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin N-ci hərbi hissəsinin müdafiə sahəsində müqaviləli hərbi qulluqçu Armen Qurgenoviç Qasparyanın güllə yarası ilə meyiti tapılıb.

AYNA erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş